I rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar-mart ayları üzrə operativ məlumatlara
əsasən, respublikada 6,6 milyon ton neft (kondensatla birlikdə)
hasil edilib. Hasilatın 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin,
0,9 milyon tonu “Şahdəniz”in, 0,1 milyon tonu “Abşeron” yatağının
payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,7
milyon ton təşkil edib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu dövrdə 5,2 milyon ton neft (kondensatla
birlikdə) ixrac olunub. Bunun 4,8 milyon tonu konsorsiumların, 0,3
milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payına
düşüb.

Qeyd edək ki, bu ilin 1-ci rübündə xam neft hasilatı orta
hesabla gündəlik 61 min ton (450 min barrel), kondensat hasilatı 13
min ton (105 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta
hesabla gündəlik 74 min ton (555 min barrel) olub.




Hesabat dövründə neftin emalı 1,4 milyon ton təşkil edib.

2026-cı ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr
təbii qaz hasil edilib. Hasil edilmiş qazın 3,5 milyard kubmetri
“Azəri-Çıraq-Günəşli”nin, 6,9 milyard kubmetri “Şahdəniz”in, 0,4
milyard kubmetri “Abşeron” yatağının, 1,8 milyard kubmetri isə
SOCAR-ın payına düşüb.

Bu dövrdə xaricə qaz ixracı 6,5 milyard kubmetr təşkil edib.
Bunun 3 milyard kubmetri Avropanın, 2,4 milyard kubmetri Türkiyənin
(o cümlədən TANAP-la 1,5 milyard kubmetr), 0,8 milyard kubmetri
Gürcüstanın, 0,3 milyard kubmetri isə Suriyayanın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara
veriləndən 1 aprel 2026-cı il tarixinədək 675 milyon tona yaxın
neft (qaz kondensatı ilə birlikdə), 519 milyard kubmetr qaz hasil
edilib. “Azəri-Çıraq-Günəşli”dən 621,7 milyon ton neft, 247,4
milyard kubmetr qaz, “Şahdəniz”dən isə 53,3 milyon tona yaxın
kondensat, 271,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 673
milyon ton neft, 196,5 milyard kubmetr qaz ixraca nəql edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir