AÇG və “Şahdəniz”dən indiyədək 675 mln. tona yaxın neft hasil edilib

Baş səhifə

Xəzərin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 aprel 2026-cı il tarixinədək burada 675 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 519 milyard kubmetr qaz hasil edilib.

Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə AÇG-dən 621,7 milyon ton neft, 247,4 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 53,3 milyon tona yaxın kondensat, 271,6 milyard kubmetr qaz hasil edilib.

“Bu dövrdə 673 milyon ton neft, 196,5 milyard kubmetr qaz ixraca nəql edilib”, – məlumatda qeyd olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir