1 milyard manatdan çox nöqsan aradan qaldırıldı – Tahir Mirkişili

Baş səhifə

Bakı. Trend:

Hesablama Palatasının hesabatında mühüm müsbət istiqamətlərdən
biri ondan ibarətdir ki, palatada strateji yanaşma və planlaşdırma
yaxşı səviyyədədir.

Trend xəbər verir
ki, bunu sədri Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili komitənin
bugünkü iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti
haqqında hesabatının müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, 2021–2025-ci illərin strateji
planlarında 90 faizdən çox icra təmin olunub. KPI indikatorlarının
90-dan çoxu təsdiq edilib. 2022–2026-cı illər üçün də strateji plan
qəbul olunub:

“Mən hesab edirəm ki, bu planın qəbul olunmasında biz də iştirak
etmişik. Mənim və eyni zamanda parlamentin digər komitə
idarələrinin iştirakı olub. Bu isə onu göstərir ki, planın
qəbulunda parlament və palata arasında sıx əməkdaşlıq mövcuddur. Bu
da palatanın institusional baxımdan kifayət qədər yaxşı səviyyədə
olduğunu göstərir.

Deputat vurğulayın ki, ikinci müsbət məqam beynəlxalq əsaslara
və standartlara uyğunluq palatada təmin olunub:




“Bu, həm daxildə, həm də xaricdə palatanın fəaliyyətinə olan
inam və etibarı nümayiş etdirir.

Üçüncüsü, audit dairəsinin genişliyi qeyd oluna bilər. Mən hesab
edirəm ki, audit sahəsinin genişliyi palatanın fəaliyyətinin əsas
istiqamətlərindən biridir. Eyni zamanda bu istiqamətdə yeni
alətlərin tətbiqi və digər tərəfdaşların verdiyi dəstək bu
nəticələrin əldə olunmasına imkan yaradır.

Dördüncüsü, büdcə prosesində aktiv iştirakdır. Palata həm
layihələrin qəbul olunmasında, həm də icra prosesində kifayət qədər
fəal iştirak edir. Son dövrdə palatanın verdiyi tövsiyələr göstərir
ki, bu qurum artıq təkcə auditor orqanı deyil, eyni zamanda fiskal
siyasətin formalaşmasına təsir edən mühüm institutlardan birinə
çevrilib. Bu, həqiqətən də son dövrdə əldə olunmuş çox mühüm
nəticələrdən biridir və parlament də bu imkanlardan səmərəli
istifadə edir.

T.Mirkişi qeyd edib ki, beşinci müsbət cəhətlərdən biri rəqəmsal
informasiya və rəqəmsallaşma istiqamətində atılan addımlardır. Bu
sahədə qəbul olunan qərarlar, xüsusilə süni intellekt və rəqəmsal
texnologiyaların tətbiqi müsbət qiymətləndirilir. Hesabatda bu
istiqamətdə də müxtəlif yanaşmalar əksini tapıb.

“Sonuncu müsbət məqamlardan biri tövsiyələrin real təsiri ilə
bağlıdır. Hesablamalara görə, bu tövsiyələr nəticəsində 1 milyard
manatdan çox nöqsan və təhriflərin aradan qaldırılması, eyni
zamanda büdcə uçotunda ciddi düzəlişlərin aparılması təmin olunub.
Bu da palatanın hesabatında ən mühüm və müsbət göstəricilərdən biri
kimi qeyd edilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir