Britaniya Hörmüzün ABŞ tərəfindən bloklanmasına qarşı çıxıb

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın elan etdiyi Hörmüz
boğazının dəniz blokadasına qoşulmayacaq.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Britaniyanın Baş naziri Kir Starmer “BBC” radiosuna verdiyi müsahibədə bildirib.

“Biz İran limanlarının blokadasını dəstəkləmirik”, – deyə
britaniyalı hökumət başçısı bildirib. O əlavə edib ki, Britaniya
Hörmüz boğazının gəmiçilik üçün açılmasına fokuslanıb.

“Biz enerji qiymətləri ən tez zamanda bu yolla aşağı sala
bilərik”,- deyə Starmer vurğulayıb.




Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən
danışıqlarda razılaşma əldə olunmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir