Azərbaycanda orta illik inflyasiya göstəriciləri açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda orta illik inflyasiya
5,7% təşkil edib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin yanvar-fevral aylarında da ölkədə orta illik
inflyasiya 5,7%-ə bərabər olmuşdu.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə isə baza ssenariyə
əsasən, 2026-cı ilin və 2027-ci ilin sonuna illik inflyasiyanın
hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Bildirilib ki, son
meyillərin təhlili 2026-cı ilə inflyasiya proqnozunun artma
istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.




“2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5.7% təşkil edib.
İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün
məmulatları üzrə 6.8%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida
məhsulları üzrə isə 3.7% təşkil edib. İllik baza inflyasiya 5.6%
olub. Müşahidə olunan inflyasiya, əsasən xarici mənşəli xərc
amillərinin təsiri altında formalaşır”, – Mərkəzi Bank qeyd
edib.

Beynəlxalq maliyyə korporasiyaları Azərbaycanda inflaysiya
göziləri ilə bağlı müxtəlif proqnozlar verirlər. Məsələn, Asiya
İnkişaf Bankı Azərbaycanda inflyasiyanın 2026-cı ildə 2025-ci
ildəki 5,6 faizlə müqayisədə 5,7 faiz olacağını proqnozlaşdırır.
Bankın proqnozlarına görə, inflyasiya 2027-ci ildə 4,9 faizə qədər
yavaşlayacaq.

“ING” qrup isə 2026-cı və 2027-ci illərdə Azərbaycanda
inflyasiya müvafiq olaraq 5,2 faiz və 4,6 faiz səviyyəsində
olacağını gözləyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir