
Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal
gəlirləri 22 milyard 359,1 milyon manata bərabər olub.
Trend bu barədə Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7%
çoxdur.
Bundan başqa, bu ilin yanvar-fevral aylarında isə ölkədə orta
aylıq nominal əməkhaqqı 1 min 99,1 manat təşkil edib. Bu isə ötən
ilin eyni dövrü ilə müqayisədə 5,3% artım deməkdir.

