
Bakı. Trend:
İyul ayında Ankarada keçiriləcək NATO sammiti alyansın tarixində
ən mühüm tədbir ola bilər.
Trend xarici KİV-ə
isitnadən xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan
danışıb.
Onun sözlərinə görə, Türkiyə bu sammitdə ABŞ Prezidenti Donald
Trampın da şəxsən iştirak edəcəyinə ümid edir
“Türkiyədə keçiriləcək NATO sammiti ola bilsin ki, NATO
tarixində ən mühüm sammit olsun”, – deyə Fidan ABŞ Prezidenti
Donald Trampın Şimali Atlantika Müqaviləsi Təşkilatının gələcəyi
ilə bağlı bəyanatları fonunda alyansdakı vəziyyətdən danışarkən
bildirib.
“Biz hesab edirik ki, Tramp prezidentimiz tərəfindən göndərilən
dəvət əsasında Ankarada keçiriləcək NATO sammitinə gələcək. Adətən
o ( Donald Tramp-red) NATO sammitlərində iştirak etməyə o qədər də
həvəs göstərmir”, – Fidan “Anadolu” agentliyinə bildirib.

