İnternet xidmətləri üzrə şikayətlər artıb?

Baş səhifə

Bakı.Trend:

2026-cı ilin birinci rübü ərzində telekommunikasiya və poçt
xidmətləri üzrə ümumilikdə 1741 şikayət daxil olub. Müraciətlərin
45,8%-i internet (GPON, ADSL və s.) və telefon (məftilli) rabitəsi
xidmətləri, 22,6%-i mobil internet və rabitə xidmətləri, 31,6%-i
poçt rabitəsi xidmətləri üzrə qeydə alınıb.

Bu barədə Trend-ə İnformasiya Kommunikasiya Texnologiyaları
Agentliyindən (İKTA) məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində hər gün orta hesabla sistem
vasitəsilə 19 şikayət daxil olub. Müraciətlər 81 telekommunikasiya
və poçt xidmətləri təchizatçısı barədə ünvanlanıb.

Telekommunikasiya xidmətləri üzrə 2026-cı ilin birinci rübü
ərzində “E-Şikayət” sisteminə ümumilikdə 1191 müraciət daxil olub.
Böyük qismi – 61,8%-i internet (GPON, ADSL və s.) xidmətləri
üzrədir. Mobil internet və mobil rabitə üzrə daxil olan müraciətlər
33%, telefon rabitəsi üzrə isə 5,2%-dir.

İnternet (GPON, ADSL və s.) xidməti üzrə müraciətlərdə ən çox
pay 16,1%-lə xidmətin işləməməsinə, 13,5%-lə xidmət keyfiyyəti ilə
bağlı məsələlərə, 10,8%-lə isə xidmət təchizatçılarının
istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlərə
aiddir.




Mobil rabitə xidmətləri üzrə daxil olan müraciətlərin əsas
hissəsi operator dəyişdirilməsi (nömrədaşıma) ilə əlaqədar olub və
bu kateqoriya üzrə müraciətlər 11,7% təşkil edib. Tariflərlə bağlı
müraciətlər 6,4%, xidmət təchizatçılarının istehlakçılara
göstərdikləri xidmətlərlə bağlı müraciətlər isə 2,9% olub.

Telefon rabitəsi xidməti üzrə müraciətlərin 1,5%-i xidmətin
işləməməsi, 1,3%-i infrastruktur problemləri, 1,1%-i isə xidmət
təchizatçıları tərəfindən istehlakçılara göstərilən xidmətlərlə
bağlıdır.

Mobil internet xidmətləri üzrə ən çox müraciətlər 2,5%-lə şəbəkə
problemləri və tariflər, 0,6%-lə isə xidmət təchizatçılarının
istehlakçılara göstərdikləri xidmətlər barədə qeydə alınıb.

Ünvan olaraq müraciətçilərin 57,2%-i Bakını qeyd edib. Abşeron –
Xırdalan üzrə bu göstərici 4,8%, Sumqayıt üzrə isə 4,3% təşkil
edib. Daxil olan müraciətlərin ümumilikdə 78,9%-də vətəndaşlar
əsasən 10 bölgəni – Bakı, Abşeron – Xırdalan, Sumqayıt, Cəlilabad,
Gəncə, Lənkəran, Quba, Naxçıvan, Ucar və Astaranı ünvan olaraq
göstəriblər.

İlk üç ayda sistem üzərindən müraciət edənlərin 88,3%-ni
kişilər, 11,7%-ni isə qadınlar təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir