Azərbaycan əhalisinin borc yükü artıb

Baş səhifə

Bakı. Trend:

Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası
müşahidə edilməyinə baxmayaraq, əhalinin borc yükünün sərəncamda
qalan gəlirlərdəki payı artmaqdadır. Belə ki əhalinin borc yükünün
sərəncamda qalan gəlirlərinə nisbəti 2024-cü ilin sonu ilə
müqayisədə 2025-ci ilin eyni dövründə 0.4 faiz bəndi artaraq 18.4%
olub.

Trend bu
barədə Mərkəzi Banka istinadən xəbər verir.

Qeyd edilib ki, ipoteka portfeli üzrə qeyri-işlək kredit (QİK)
əmsalı son illərin ən aşağı həddindədir.




“2025-ci ilin sonuna ipoteka portfeli üzrə QİK-in nominal həcmi
14.3% (4.9 mln. manat) azalaraq 29.1 mln. manat təşkil etmişdir.
İpoteka portfelində cari il ərzində qeyriişlək kreditlərin payı 0.2
f.b. azalaraq 0.6% səviyyəsinə enmişdir. Dövlət vəsaiti hesabına
verilmiş ipoteka kreditlərinin QİK əmsalı 0.1%, bankların öz
vəsaitləri hesabına verilmiş ipoteka kreditləriin QİK əmsalı 1.3%
olmuşdur”, – məlumatda vurğulanıb.

Əlavə edək ki, əhalinin borc yükü dedikdə fiziki şəxslərin
kredit təşkilatları (Bank, BOKT) qarşısında istehlak və ipoteka
kreditlərinin qalıq məbləğinin cəmi nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir