Azərbaycanda kredit şərtləri yüngülləşdirilən borcların həcmi azalıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda restrukturizasiya olunmuş portfeldə azalma müşahidə
olunur.

Trend Mərkəzi
Banka isitnadən xəbər verir ki, 2025-ci il ərzində
restrukturizasiya olunmuş portfelin həcmi 14% (154 milyon manat)
azalaraq 0.95 milyard manat olub.




“Azalma əsasən biznes portfeli (290 milyon manat) üzrə olub.
İstehlak portfeli üzrə isə restrukturizasiya edilmiş kreditlərdə
artım (135 milyon manat) müşahidə edilsə də, ipoteka portfeli üzrə
restrukturizasiya edilmiş kreditlərdə ciddi dəyişiklik baş
verməyib”, – paylaşımda qeyd edilib.

Əlavə edək ki, restrukturizasiya olunmuş portfel dedikdə krediti
ödəməkdə çətinlik çəkən müştəriyə bankın yeni, daha rahat şərtlər
təklif etməsi nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir