Azərbaycanda xarici kapitallı BOKT sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bank olmayan kredit təşkilatlarının maliyyə vasitəçiliyində rolu
kiçik olaraq qalmaqdadır. 2025-ci ilin sonuna olan məlumatlara
əsasən, Azərbaycanda fəaliyyət göstərən BOKT-lərin sayı 54, kredit
ittifaqlarının (Kİ) sayı isə 35 olmaqla, ümumilikdə qeyri-bank
kredit təşkilatlarının sayı 89 olub.

Trend bu
barədə Mərkəzi Banka isitnadən xəbər verir.




Bildirilib ki, bütövlükdə maliyyə sistemində aktivlərinə görə
BOKT-lərin bazar payı 2.1% təşkil edib: “4 İl ərzində 4 BOKT və 1
kredit ittifaqının (Kİ) lisenziyası ləğv edilib, 1 BOKT-yə isə yeni
lisenziya verilib. Hazırda fəaliyyətdə olan BOKT-lərin 14-ü xarici
kapitallıdır ki, onlardan 11-də xarici kapitalın payı 50%-dən
yüksəkdir. İl ərzində ümumilikdə işçilərinin sayı 357 nəfər artaraq
3 903 nəfər, filialların sayı isə 7 ədəd azalaraq 297 olub”.

Məlumatda qeyd edilib ki, 2025-ci ildə BOKT sektorunun
aktivlərinin həcmi artıb: “Ölkədə fəaliyyət göstərən BOKT-lərin
cəmi aktivləri il ərzində 25% (250 milyon manat) artaraq 1.24
milyard manat təşkil edib. Artımın əsas payçısı xalis kredit
portfeli olub. Belə ki, il ərzində xalis kredit portfeli 28.8% (206
milyon manat) artıb. BOKT-lərin cəmi öhdəlikləri isə il ərzində
26.5% (142.4 milyon manat) artaraq 679 milyon manat təşkil edib.
Rezident maliyyə institutlarından cəlb edilmiş vəsaitlər ümumi
öhdəliklərin artmasına əsas təsir edən amillərdən biri olub”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir