
Bakı.Trend:
Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə
qatlarında çökmə halı baş verib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət
Xidmətindən Trend-ə verilən məlumata görə, hadisəyə səbəb son
günlərdə müşahidə edilən olunan intensiv yağışların təsiri
olub.
Məlumata görə, Böyük Mərdəkan qəsrinin dam hissəsində və
mərtəbələrarası döşəmə qatlarında çökmə halları 12 aprel tarixində
qeydə alınıb.
Hadisə ilə əlaqədar əraziyə giriş müvəqqəti olaraq
məhdudlaşdırılıb.
Dam hissəsinin və daşıyıcı konstruksiyaların vəziyyəti
qiymətləndirilərək müvafiq tədbirlərin görülməsi nəzərdə
tututlub.

