
Bakı. Trend:
Pakistan Yaxın Şərq regionunda münaqişənin başa çatması üçün
səylər göstərir.
Trend xəbər verir
ki, bunu Pakistanın insan hüquqları üzrə nazirliyinin parlament
katibi Saba Sadik Bakıda tələbələrlə görüş zamanı bildirib.
“Biz tərəflərin danışıqlar masasına əyləşməsi üçün çalışdıq. Bu
prosesdə bizi müxtəlif regionlardan olan ölkələr dəstəklədi.
Qarşıdurmada olan iki tərəf dialoqa başlaya bildi – bu, birgə
səylər və əməkdaşlıq ruhu sayəsində mümkün oldu. Danışıqlar baş
tutdu, lakin hələlik yekun razılaşma əldə olunmayıb”, – o
bildirib.
Onun sözlərinə görə, ABŞ-nin da iştirakı ilə davam edən hazırkı
proses gələcəkdə konkret nəticələrə gətirib çıxara bilər. O
vurğulayıb ki, Pakistan regiondakı münaqişənin davam etməməsinə və
sülh yolu ilə həll olunmasına çalışır.

