Azərbaycanda sənaye məhsulları istehsalı artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı sənaye müəssisələri
və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 14 milyard 870,6
milyon manat dəyərində çox sənaye məhsulu istehsal edib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real
ifadədə 0,2% çoxdur.

Dövr ərzində qeyri-neft-qaz sənayesi istehsalının dəyəri isə 5
milyard 144,2 milyon manata bərabər olub. Bu isə əvvəlki ilin eyni
dövrünə nisbətən 7,2% artım deməkdir.




Ümumilikdə, bu ilin yanvar-mart aylarında Azərbaycanda 29
milyard 703,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal
olunub.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,3%
azdır.

Dövr ərzində neft-qaz ÜDM-nin dəyəri 8 milyard 531,6 milyon
manat, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 21 milyad 171,6 milyon
manat təşkil edib.

Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkənin neft-qaz
ÜDM-nin dəyəri 1,2% azalıb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,2%
artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir