
Bakı.Trend:
Bakıda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar bəzi
yollarda hərəkətə məhdudiyyət tətbiq edilib.
Trend xəbər
verir ki, bu barədə NİİM məlumat yayıb.
Belə ki, Zığ dairəsi–Hava Limanı avtomobil yolunda bəzi zolaqlar
üzrə sürət həddi 20 km/saatadək endirilib.
Eyni zamanda, yol boyu yerləşən bütün elektron tablolarda
“sürüşkən yol” xəbərdaredici işarəsi yerləşdirilib.

