
Bakı. Trend:
Ukrayna Avropa tərəfdaşları ilə birlikdə hava hücumundan müdafiə
(HHM) sisteminin yaradılması üzrə danışıqlara hazırlaşır.
Trend xəbər verir ki, bu
barədə “RBK-Ukrayna” Prezident Ofisinə istinadən məlumat yayıb.
“Artıq bu həftə avropalı tərəfdaşlarımızla görüşümüz olacaq.
Səmanın birgə müdafiə sisteminin qurulması məsələsi müzakirə
ediləcək”, – deyə o bildirib.
Zelenski vurğulayıb ki, Ukraynanın Avropanın təhlükəsizlik
sisteminə inteqrasiyası strateji seçimdir.
Onun sözlərinə görə, Ukrayna hava təhdidlərinə, xüsusilə
kamikadze dronlarına qarşı mübarizədə böyük təcrübə toplayıb və bu
sahədə əldə olunan nailiyyətləri tərəfdaşları ilə bölüşməyə
hazırdır.

