“Yuventus” 26 yaşlı hücumçunu transfer edir

Baş səhifə

Bakı. Trend:

“Yuventus” üçün Lois Opendanın məcburi transfer şərti yerinə
yetirilib.

Trend xəbər verir ki, Turin
klubu Seriya A-da hazırda 4-cü yerdədir və mövsümün bitməsinə 6 tur
qalmış artıq 10-cu pillədən aşağı düşə bilməz. Buna görə də
“Yuventus” “Leypsiq”ə 40,6 milyon avro ödəyərək hücumçunun
transferini rəsmiləşdirməyə borcludur.




Qeyd edək ki, icarə üçün artıq 3,3 + 0,8 milyon avro ödənilib.
Fabritsio Romanonun məlumatına görə, klub 26 yaşlı futbolçunu yay
transfer pəncərəsində satmağa çalışacaq.

Cari mövsümdə Openda çempionatda 23 oyunda orta hesabla 28
dəqiqə meydanda olub və cəmi 1 qol vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir