
Bakı. Trend:
Sloveniya Dövlət Məclisinin yeni sədri, “Həqiqət” Partiyasının
lideri Zoran Stevanoviç ölkənin NATO-dan çıxması ilə bağlı
referendum keçirməyi planlaşdırdığını açıqlayıb.
Trend xəbər verir ki, o bu
barədə Sloveniya Radio və Televiziyasına müsahibəsində danışıb.
“Xalqa NATO-dan çıxış məsələsi üzrə referendum vəd etmişik və bu
vədimizi yerinə yetirəcəyik”, – deyə parlament sədri bildirib.
Stevanoviçin sözlərinə görə, Lyublyana müstəqil və suveren
siyasət yürütməli, milli maraqları əsas tutaraq bütün ölkələrlə
əməkdaşlıq etməlidir.
O əlavə edib ki, Sloveniya digər dövlətlərin hərbi və diplomatik
münaqişələrinə müdaxiləyə qəti şəkildə qarşı olacaq, çünki ölkə
bundan heç vaxt fayda görməyib.

