Şirvanda əməliyyat: keçmiş məhkumdan 8 kilo narkotik aşkarlandı (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Şirvanda keçmiş məhkumdan 8 kq narkotik vasitə aşkarlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.

Belə ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən
keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli
bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ruslan Əliyev
saxlanılıb.




Ondan 8 kiloqrama yaxın narkotik vasitə olan marixuana
aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir