
Bakı. Trend:
Karlos Keyruş Qana millisinin baş məşqçisi təyin olunub.
Trend xarici
mediaya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis
komandanı DÇ 2026-da çalışdıracaq.
Keyruş daha əvvəl Portugaliya millisi, İran, Misir, Kolumbiya və
BƏƏ kimi yığmalara rəhbərlik edib. Klub səviyyəsində isə “Real” və “Sportinq”də işləyib, həmçinin “Mançester Yunayted” məşqçilər
korpusunun üzvü olub.
Qrup mərhələsində Qana millisi İngiltərə yığması, Xorvatiya və
Panama ilə qarşılaşacaq. Turnir ABŞ, Kanada və Meksikada 11 iyun –
19 iyul tarixlərində keçiriləcək.

