Azərbaycanda qadın fermerlərin sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda 80 min qadın fermer var. Bu qədər qadın da torpaq
istifadəçisidir.

Trend xəbər verir
ki, bunu Azərbaycan Kənd Qadınları Assosiasiyasınin sədri Gülbəniz
Qənbərova bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə keçirilən
“AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin
gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışında
bildirib.

Onun sözlərinə gorə, bəzi hallarda hüquqdan daha çox haqq
məsələsi problemi yaranır:

“Məsələn, yaylağa mal-qara aparan qadınlar üçün əlverişli
yerlərin əldə edilməsi, suvarma suyunun cədvəlləşdirilməsi zamanı
əksər fermerlərin suvarma vaxtının gündüz saatlarına düşməsi kimi
məsələlər mövcuddur.




Biznesin qeydiyyatının sadələşdirilməsi, elektron xidmətlərin
genişləndirilməsi, qadınların maliyyə resurslarına çıxışının təmin
olunması qarşıda duran əsas məqsədlərdir. Təsərrüfatda çalışan
qadınlar tamhüquqlu iqtisadi subyekt kimi iştirak
etməlidirlər”.

Gülbəniz Qənbərova kəndlərdə kollektiv qadın bizneslərinə də
diqqət çəkib. O bildirib ki, regionlarda kollektiv qadın biznesləri
geniş vüsət alır:

“Bu model çərçivəsində qadınlar birgə fəaliyyət göstərərək daha
çox istehsal edir, satış həyata keçirir və gəlir əldə edirlər. Öz
bizneslərini böyütdükcə kənddə yaşayan digər qadınları da işlə
təmin edirlər. İndiyədək 780 qadın bu model əsasında özünü
məşğulluqla təmin edib”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir