
Bakı. Trend:
Türkiyədə İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası
ilə İstanbul Polis İdarəsinin əməkdaşları tərəfindən FETÖ/PDY
silahlı terror təşkilatına qarşı əməliyyat keçirilib.
Trend bu barədə
Türkiyə mediasına istinadən xəbər verir.
Aparılan araşdırmalar çərçivəsində təşkilat tərəfindən
təlim-tədris adı altında yaradılan və təşkilata dəstək verən
yataqxanalarda təşkil olunan TUS (Tibbdə İxtisaslaşma İmtahanı)
düşərgəsində iştirak etdikləri müəyyən edilən, təşkilata üzvlüklə
bağlı etiraf ifadələrində adları keçən, təşkilatın şifrəli rabitə
proqramı “ByLock”dan istifadə və digər cinayətlərdə şübhəli bilinən
şəxslərə qarşı əməliyyat başladılıb.
Mərkəzi İstanbul olmaqla Ankara, Bingöl, Bursa, Çorum, İzmir,
Kayseri, Konya, Kütahya, Muğla, Ordu və Rize vilayətlərində müəyyən
edilmiş ünvanlara eyni vaxtda reydlər keçirilib. Əməliyyat zamanı
ümumilikdə 17 şübhəli saxlanılaraq nəzarətə götürülüb.
FETÖ əməliyyatı çərçivəsində saxlanılan 17 şübhəlidən 15-nin
hazırda fəaliyyət göstərən dövlət qulluqçuları olduğu müəyyən
edilib.

