
Bakı.Trend:
Bakıda və Abşeron yarımadasında aprelin 14-ü gündüzdən 15-i
gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, məlumatına əsasən yarımadanın bəzi yerlərində yağışın
intensivləşəcəyi ehtimalı var.
Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin fasilələrlə
aprelin 15-i səhərədək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə
yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu
düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, yağıntılarla
əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından
qısamüddətli sel keçəcəyi ehtimal olunur.

