Naxçıvanda ötən il kredit qoyuluşları, əmanətlər və nağdsız ödənişlər artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən
bank və bank olmayan kredit təşkilatları tərəfindən iqtisadiyyata
yönəldilmiş kredit qoyuluşlarının ümumi həcmi 491,1 milyon manat
təşkil edib.

Trend-in
məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə 81,1 milyon
manat və ya 19,8 faiz çoxdur.




Məlumata əsasən, kredit qoyuluşlarının strukturunda ən böyük pay
istehlak kreditlərinin payına düşüb. Hesabat dövründə istehlak
kreditləri 329,4 milyon manat təşkil edib və əvvəlki illə
müqayisədə 19,4 milyon manat və ya 6,3 faiz artıb. Ən yüksək artım
isə biznes kreditləri üzrə müşahidə olunub. 2024-cü ildə 73,3
milyon manat olan biznes kreditləri 2025-ci ildə 132,1 milyon
manata yüksəlib.

“İpoteka kreditləri üzrə kredit qoyuluşları 10,1 milyon manat
olub, əvvəlki illə müqayisədə 552 min manat və ya 5,8 faiz artıb.
Kənd təsərrüfatına yönəldilmiş kreditlər isə 19,4 milyon manat
təşkil edib, bu istiqamətdə 2,2 milyon manat və ya 13 faiz artım
qeydə alınıb. 2026-cı il 1 yanvar tarixinə muxtar respublika
əhalisinin banklardakı əmanətlərinin məbləği milli valyuta
ekvivalentində 38,3 milyon manat təşkil edib, bu göstərici 2025-ci
ilin əvvəli ilə müqayisədə 12,8 milyon manat və ya 50,1 faiz artıb.
Ən mühüm göstəricilərdən biri nağdsız ödənişlərin həcmində qeydə
alınıb. Belə ki, 2025-ci ildə nağdsız ödənişlərin həcmi 1 milyard
227,3 milyon manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 200,9
milyon manat və ya 19,6 faiz çoxdur”, – məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir