Azərbaycanda alimentlə bağlı qərar başqa ölkələrdə də tanınacaq 

Baş səhifə

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişiklikləri nəzərdə tutan protokol nəzərdən keçirilib.

Modern.az xəbər verir ki, sənəd əsasən yetkinlik yaşına çatmayan uşaqlarla bağlı aliment öhdəliklərinin icrasına dair məhkəmə qərarlarının tanınması və icrasının daha effektiv təşkilinə yönəlib.

Layihədə Konvensiyanın bir sıra maddələrinə dəyişikliklər edilərək, məhkəmə qərarlarının digər dövlətlərdə tanınması prosedurları daha aydın və operativ mexanizmlərlə tənzimlənir. Bununla yanaşı, qərarların icrası üçün tələb olunan sənədlər və onların təqdim olunma qaydaları konkretləşdirilir.

Protokolda həmçinin qərarların tanınması və icrası ilə bağlı vəsatətlərin verilməsi, aidiyyəti məhkəmələrin səlahiyyətləri və tərəflərin hüquqi statusu geniş şəkildə əksini tapıb.

Qeyd edilib ki, bu dəyişikliklər dövlətlər arasında hüquqi əməkdaşlığın daha səmərəli qurulmasına, eyni zamanda uşaqların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir