
Bakı. Trend:
Çinin məşhur elektromobil istehsalçısı olan “BYD”nin Şencşen
sənaye parkında yerləşən çoxmərtəbəli qarajında güclü yanğın baş
verib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Qarajda əsasən avtokonsernin sınaqlarından istifadə olunan
avtomobillər və metalloma gedən yarasız nəqliyyat vasitələri
saxlanılırdı.
“BYD”nin bəyanatına əsasən, yanğınsöndürənlər yanğını nəzarət
altına almağa nail olub. Yanğın nəticəsində şirkətin heç bir
əməkdaşı xəsarət almayıb.

