“Unibank” birinci rübün maliyyə nəticələrini açıqladı

Baş səhifə

Bakı. Trend:

“Unibank KB” 2026-cı ilin birinci rübünün maliyyə nəticələrini
açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr
əldə edib.

Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 105 milyon
manata çatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 milyon
manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 11 milyon manat,
xalis mənfəət isə 8,1 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb.
Məcmu kapital 33 % artaraq, 240 milyon manata çatıb. Aktivlərin
həcmi isə 393 milyon manat artaraq 2,2 milyard manata
yaxınlaşıb.

Son bir il ərzində bank kapital adekvatlılığı əmsalını xeyli
yüksəldib. Bu göstərici 31 mart 2026-cı il tarixə 14,32 % təşkil
edib.

“Unibank KB” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini
müvəqqəti icra edən Heybət Qədirov bildirib ki, bank 2026-cı ilin
ilk rübünü əhəmiyyətli nəticələrlə başa vurub:
Bottom of
Form

Bu ilin ilk rübü bizim üçün yeni strateji mərhələnin
başlanğıcı oldu. Əldə etdiyimiz nəticələr seçdiyimiz inkişaf
istiqamətinin düzgün olduğunu təsdiqləyir. 2026-cı il yeni 3 illik
strategiyanın ilk ilidir və biz daha çevik, daha rəqəmsal və
müştəriyönümlü bank kimi mövqeyimizi gücləndirməyə fokuslanmışıq.
Bu il bankımız üçün həm də transformasiya ilidir. Qarşıdakı dövrdə
həm məhsul xəttimizi genişləndirmək, həm də real iqtisadiyyata
töhfəmizi artırmaq əsas prioritetlərimiz olacaq
.”




Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında
yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə
nağdsız əməliyyatların həcmi 22%, sayı isə 34 % artıb. Birinci
rübün sonuna nağdsız əməliyyatların həcmi 3,9 milyard manatı, sayı
isə 133 milyonu ötüb.

Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 13 %
artdığı üçün ümumi müştəri sayı 2,3 milyon nəfəri keçib. 2025-cı
ilin birinci rübü ilə müqayisədə sahibkar müştərilərin sayı 36 %,
hüquqi şəxslərin sayı isə 13 %-dək artıb.

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və
ümumi depozit portfelinin həcmi 1 milyard 378 milyon manatı
ötüb.

Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes
kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit
portfelində payını yüksəltməkdə davam edib. Belə ki, ötən ilin
müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 36%-dən çox
artaraq, 622 milyon manatı ötüb. Biznes portfelin tərkibində kiçik
biznesə verilmiş kreditlərin də payında ciddi artım olub. 2025-ci
ilin 1-ci rübü ilə müqayisədə mikro kreditlərin portfeldəki payında
131 milyon manat artım qeydə alınıb. Ümumilikdə isə biznes
kreditlərinin ümumi kredit portfelində həcmi 45 %-i keçib.

Bankın ümumi kredit portfelində əvvəlki ilin uyğun dövrü ilə
müqayisədə qeydə alınan artım isə 203 milyon manat təşkil edib və
kredit portfeli 1,3 milyard manatı ötüb.

Unibank – Sənin Bankın!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir