Şikayət indeksinə görə bankların bağlanması absurddur – AMB

Baş səhifə

Bakı. Trend:

Şikayət indeksinə əsasən bankların bağlanması düzgün yanaşma
deyil və bu, absurddur.

Trend xəbər
verir ki, bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə
“Maliyyə sabitliyi hesabatı”nın təqdimatına həsr olunmuş mətbuat
konfransında bildirib.

Onun sözlərinə görə, şikayət indeksi müştəri hüquqları ilə bağlı
göstəricidir və bankın fəaliyyətinin dayandırılması üçün əsas hesab
edilə bilməz.




“Bankların bağlanması məsələsinə isə prudensial nəzarət
çərçivəsində baxılır. Bu zaman bankın kapital adekvatlığı, kredit
portfelində gecikmələr və digər maliyyə göstəriciləri əsas
götürülür”, – o vurğulayıb.

Şahin Mahmudzadə qeyd edib ki, yalnız şikayət indeksinin yüksək
olması səbəbindən bankın bağlanması bazarda əsassız ajiotaj yarada
və əlavə problemlərə səbəb ola bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir