
Bakı. Trend:
2026-cı ildə Azərbaycanda inflyasiya 2025-ci ildəki 5,6 faizlə
müqayisədə 6 faiz səviyyəsində olacaq.
Trend bu barədə
Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına istinadən məlumat
verir.
Hesabata əsasən, 2027-ci ildə ölkədə inflyasiya 5,1 faizə qədər
azalacaq.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
bu ilin yanvar-mart aylarında Azərbaycanda orta illik inflyasiya
5,7% təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə isə baza ssenariyə
əsasən, 2026-cı ilin və 2027-ci ilin sonuna illik inflyasiyanın
hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Bildirilib ki, son
meyillərin təhlili 2026-cı ilə inflyasiya proqnozunun artma
istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.
“2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5.7% təşkil edib.
İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün
məmulatları üzrə 6.8%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida
məhsulları üzrə isə 3.7% təşkil edib. İllik baza inflyasiya 5.6%
olub. Müşahidə olunan inflyasiya, əsasən xarici mənşəli xərc
amillərinin təsiri altında formalaşır”, – Mərkəzi Bank qeyd
edib.

