
Bakı. Trend:
Amerika Birləşmiş Ştatları İrana qarşı əməliyyatlarda
yüksəkdəqiqlikli yeni nəsil “PrSM” ballistik raketləri ehtiyatını
tamamilə tükədib.
Trend xəbər verir
ki, bu barədə “Aviation Week” nəşri ABŞ ordusunun rəsmisi Cimmi
Arterə istinadən məlumat yayıb.
“Hələ ötən ayın əvvəlində, İrana qarşı müharibənin başlanğıcında
(bölgəyə) səfərbər olunmuş artilleriya bölməsi yüksək dəqiqlikli
PrSM zərbəçi raketlərinin ehtiyatını tamamilə tükədib, bununla belə
əlavə tədarüklər tezliklə yerinə yetiriləcək”, – məlumatda
vurğulanır.
Qeyd olunur ki, ilk dəfə olaraq bu yeni-nəsil raketlərdən ABŞ
İrana qarşı əməliyyatlarında istifadə edib. ABŞ hərbi arsenalında
olan ATACSM raketlərini məhz daha uzaq mənzilli və daha yüksək
dəqiqlikli bu raketlərlə əvəz etməyi planlaşdırır.

