
Bakı. Trend:
14 aprel tarixində Medianın İnkişafı Agentliyində Monqolustandan
olan media nümayəndələri ilə görüş keçirilib.
Trend xəbər verir ki, bu
barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun
müavini Natiq Məmmədli qonaqlara Agentliyin əsas fəaliyyət
istiqamətləri, həyata keçirilən layihələr və qarşıya qoyulan
prioritetlər barədə məlumat verib. O, jurnalistlərin peşəkar
inkişafının dəstəklənməsi, media savadlılığının artırılması və
müasir çağırışlara uyğun media mühitinin formalaşdırılması
istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.
Monqolustandan olan nümayəndə heyəti isə media subyektləri
arasında təcrübə mübadiləsinin genişləndirilməsinin, tərəfdaşlıq
əlaqələrinin təşviqi və birgə media layihələrinin həyata
keçirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə qarşılıqlı
səfərlərin və görüşlərin təşkili, həmçinin mediaturların
keçirilməsinin əməkdaşlığın inkişafına töhfə verəcəyini
bildirib.
Görüş zamanı informasiya mübadiləsinin gücləndirilməsi və digər
aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

