
Bakı. Trend:
2025-ci ildə Naxçıvan Muxtar Respublikasında əmək bazarında
diqqətçəkən aktivlik qeydə alınıb.
Trend-in əldə
etdiyi məlumata görə, il ərzində ümumilikdə 26 982 yeni
əmək müqaviləsi bağlanılıb.
Bunun 13 579-u dövlət, 13
403-ü isə qeyri-dövlət sektorunun payına düşür. Bu, özəl
sektorun dövlətlə, demək olar ki, eyni səviyyədə aktivlik
göstərdiyini ortaya qoyur.
İlin sonuna isə aktiv əmək müqavilələrinin sayı 54
617-yə çatıb. Bu rəqəm əmək bazarında sabitliyin və
davamlı məşğulluğun formalaşdığını göstərən əsas göstəricilərdən
biri kimi diqqət çəkir.
2025-ci ildə 663 nəfər ödənişli ictimai işlərə
cəlb olunub. Onların böyük hissəsi – 537 nəfər
“DOST” İş Mərkəzi vasitəsilə işlə təmin edilib, digər 126
nəfər isə Naxçıvan “DOST” İş Mərkəzinin xətti ilə bu
imkanlardan yararlanıb.
Özünüməşğulluq proqramı da aktiv şəkildə davam etdirilib. İl
ərzində 564 nəfər bu proqram çərçivəsində
aktivlərlə təmin olunaraq öz biznesini qurmaq imkanı əldə edib.

