
Bakı. Trend:
Xəbər veriyimiz kimi, TƏBİB-in Müşahidə
Şurasının qərarı ilə Anar Məhərrəm oğlu Bayramov TƏBİB-in yeni
icraçı direktoru təyin edilib.
Trend TƏBİB-in yeni icraçı
direktorunun dosyesini təqdim edir:
Anar Bayramov 1975-ci ildə anadan olub.
Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad
Universitetlərini bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə
doktorudur.
1998-ci ildən “MediClub” klinikasında həkim, 2002-ci ildən
“A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti, baş direktorun
müavini, baş direktoru, Şirkətin İdarə Heyətinin sədri, 2021-ci
ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri,
Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və
Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində
çalışıb.
Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini olub.
Eyni zamanda, 2006-2014-cü illərdə Azərbaycan Sığortaçılar
Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci
illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti kimi
çalışıb. 2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya
Komitəsinin Sədri, 2025-ci ildən Azərbaycan Respublikası Milli
Olimpiya Komitəsi Baş Məclisinin üzvüdür.

