Qiymətli metalların fyuçers qiymətləri yüksəlib

Baş səhifə

Bakı. Trend:

Nyu-York Ticarət Birjasında (NYMEX) və “Comex” birjasında
(NYMEX-in bölməsi) qiymətli metallar – platin, palladium, qızıl və
gümüş üzrə fyuçerslərin qiyməti 0,59%-dən 5,11%-ə qədər artım
göstərir.

Trend-in
məlumatına görə, bu barədə ticarət platformasından məlumat
verilib.




Bakı vaxtı ilə saat 22:11-ə olan məlumata görə, “NYMEX”də
2026-cı ilin iyun ayında çatdırılma üçün palladium fyuçerslərinin
qiyməti troya unsiyası üçün 1599 dollar (+0,59%) təşkil edib,
2026-cı ilin iyul ayında çatdırılma üçün platin fyuçersləri isə
1,09% artaraq troya unsiyası üçün 2112,3 dollara çatıb.

Eyni zamanda, “Comex” birjasında 2026-cı ilin iyun ayında
çatdırılma üçün qızılın qiyməti troy unsiyası üçün 4861,1 dollar
(+1,73%), 2026-cı ilin may ayında çatdırılma üçün gümüş
fyuçerslərinin qiyməti isə troy unsiyası üçün 79,375 dollar
(+5,11%) səviyyəsində ticarət olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir