Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşib

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab
görüşlərinə start verilib.

Trend-in
məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

İspaniya təmsilçilərindən “Barselona” “Atletiko Madrid”in qonağı
olub. Kataloniya təmsilçisi səfərdə 2:1 hesablı qələbə qazansa da,
ilk matçdakı məğlubiyyətə görə turnirdə mübarizəni dayandırıb.
Madrid klubu isə adını yarımfinala yazdırıb.

Digər görüşdə isə İngiltərənin “Liverpul” komandası doğma
meydanda Fransanın PSJ klubunu qəbul edib. İlk oyunda olduğu kimi
səfərdə də rəqibinə qalib gələn Paris təmsilçisi növbəti mərhələyə
adlayıb.

UEFA Çempionlar Liqası

1/4 final




14 aprel

23:00. “Atletiko Madrid” (İspaniya) – “Barselona” (İspaniya) –
1:2

İlk oyun – 2:0.

23:00. “Liverpul” (İngiltərə) – PSJ (Fransa) – 0:2

İlk oyun – 0:2.

Qeyd edək ki, bu raundun digər cavab matçları aprelin 15-də
keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir