
Bakı. Trend:
ABŞ ilə İran arasındakı münaqişə həll olunmağa yaxınlaşır, lakin
hələ tam başa çatmayıb.
Trend-in
məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu fikirləri “Fox
News” telekanalına müsahibəsində səsləndirib.
Tramp bildirib: “Düşünürəm ki, bu, başa çatmaq üzrədir”.
Bununla yanaşı, Prezident qeyd edib ki, ABŞ hələ prosesdə bütün
məqsədlərinə nail olmayıb: “Görəcəyik, nə olacaq. Düşünürəm ki,
onlar razılaşma əldə etməyə çox can atırlar”.

