Naxçıvanda keçən il 1 şəhid ailəsinə mənzil verilib

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Naxçıvanda sosial təminat tədbirləri çərçivəsində
müharibə ilə bağlı həssas qruplara yönələn dəstək davam
etdirilib.

Trend-in əldə
etdiyi məlumata görə, il ərzində Naxçıvan şəhərində yerləşən
çoxmənzilli binada 3 müharibə əlilliyi olan şəxsə
1 şəhid ailəsinə mənzil verilib.




Hazırda muxtar respublika üzrə 156 imtiyazlı
şəxs
mənzil uçotundadır. Onların 67-si
şəhid ailəsi üzvü, 81-i müharibə əlili,
5-i Çernobıl əlili, 3-ü isə
gözdən əlilliyi olan şəxslərdir. Bu şəxslərdən 61
nəfərin
artıq faktiki mənzilə ehtiyacı olduğu müəyyən
edilib.

Sosial dəstək yalnız mənzillə məhdudlaşmayıb. Belə ki, 2025-ci
ildə Dəstək Fondu tərəfindən 190 şəhid ailəsi
üzvünə
, 75 müharibə veteranına
135 müharibə əlilliyi olan şəxsə yardım
göstərilib. Bu məqsədlə ümumilikdə 252,7 min manat
vəsait xərclənib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir