“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək

Baş səhifə

Bakı. Trend:

17-20 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Birbank Biznes”in rəsmi tərəfdaşlığı ilə 7-ci dəfə “Yerli
şirkətlərin tanıtım sərgisi” baş tutacaq.

“Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək sərgidə inşaat, qida, İKT,
təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər
sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və
xidmətlərini nümayiş edəcək.

Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini
geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək
olmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf
etdirməkdir.

Dörd gün davam edəcək sərgi çərçivəsində həmçinin, iştirakçılar
üçün xüsusi ayrılmış “B2B zona”da iri şirkətlərin satınalma və
təchizat üzrə rəhbər şəxsləri ilə qarşılıqlı və interaktiv işgüzar
görüşlərin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, sərgidə
“B2G zona” da fəaliyyət göstərəcək. Bu zonada sahibkarlar dövlət
qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud
dəstək mexanizmləri ilə tanış olmaq və əməkdaşlıq imkanlarını
müzakirə etmək imkanı əldə edəcəklər.




İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Dövlət
Məşğulluq Agentliyi və Azərbaycan Dövlət Reklam Agentliyi sərginin
tərəfdaşları sırasındadır. Sərginin promo tərəfdaşı “Moon Group”,
media tərəfdaşı isə “BHB Strategic and Creative CO”dur.

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Ziyarətçi
qeydiyyatı üçün:
https://ebiletstore.com/event/7-ci-yerli-sirketlerin-tanitim-sergisi

Ətraflı məlumat üçün: marsolexpo.az və *0555

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir