
Bakı. Trend:
Livandan olan “Hizbullah” hərəkatı İsrailin şimalını raket
atəşinə tutub.
Trend bu barədə
İsrail mediasına istinadən xəbər verir.
İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin
bildirdiyinə görə, bu dəqiqələrdə hərəkata aid döyüşçülər Qaliley
bölgəsinə beş raket buraxıb. Onlardan ikisi hava hücumundan müdafiə
sistemləri tərəfindən zərərsizləşdirilib, üçü isə açıq sahəyə
düşüb.
Səhər saatlarından etibarən Livandan İsrailin şimalına təxminən
40-a yaxın raket atılıb.
Ölən və yaralananların olmadığı bildirilir.

