Azərbaycanda istiliyin verilməsi dayandırılıb

Baş səhifə

Bakı. Trend:

Respublikanın dağ rayonları istisna olmaqla 2025–2026-cı illər
payız-qış mövsümü yekunlaşıb.

Bu barədə Trend-ə “Azəristiliktəchizat” ASC-dən məlumat
verilib.




Bildirilib ki, mövsüm ərzində regionlar üzrə 196 qazanxana
vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44
səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə
təmin edilib. İsti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhəri
və regionlarda 41 qazanxana vasitəsilə 46 çoxmənzilli yaşayış
binasında yerləşən 3111 mənzil, 123 sosial və digər təsərrüfat
obyekti isti su ilə təmin olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir