
Bakı. Trend:
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud”
xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan
Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fərmanın icrası çərçivəsində daha bir dövlət qurumu – “Təmiz
Şəhər” ASC informasiya sistemləri və ehtiyatlarını “Hökumət
buludu”na köçürüb. Qurum İT sistemlərini “AzInTelecom” MMC-yə
məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib. “AzInTelecom”
tərəfindən quruma Virtual server – IaaS
(İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS
(Backup-as-a-Service) xidmətləri təqdim olunub. Bununla da qurum
kritik sistemlərin yüksək əlçatanlığına nail olub.
“Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan
“AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində
dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom” MMC-yə məxsus
data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.
Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya
sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır, 24/7
rejimində monitorinq olunur.
“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq
standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz
regionunda əldə etmiş ilk qurumdur.

