“2022-2028-ci illər üçün Dövlət Proqramına” sənəd qəbuluna başlanılıb.

Baş səhifə

Bakı. Trend:

“2022-2028-ci illər üçün Dövlət Proqramına” sənəd qəbuluna
başlanılıb.

Trend xəbər
verir ki, bu barədə Dövlət Proqramı İdarəetmə Qrupu məlumat
yayıb.

Bildirilib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün
Dövlət Proqramı” çərçivəsində 2026/2027-ci tədris ili üçün dünyanın
nüfuzlu universitetlərinin bakalavriat, magistratura və
doktorantura səviyyələri üzrə sənəd qəbulu 15 aprel 2026-cı il
tarixindən açıq elan olunur. Sənəd qəbulu üçün son tarix 5 iyun
2026-cı il saat 18:00-dır.

Nzəərə çatdırılıb ki, 12 yanvar 2026-cı il tarixində Dövlət
Proqramı çərçivəsində təsdiqlənmiş ali təhsil müəssisələri və
təhsil proqramlarının yenilənmiş siyahısı ictimaiyyətə təqdim olunub.




Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən
siyahıda yer alan proqramlardan biri üzrə qəbul sənədinin əldə
edilməsidir.

Müvafiq siyahıda yer alan təhsil proqramları ilə yanaşı, “Times
Higher Education”, “QS World University Rankings” və “Academic
Ranking of World Universities (Shanghai)” reytinq sistemində yalnız “universitetlər üzrə top 10″da yer almış ali təhsil müəssisələri
tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas
sahəsi üzrə bakalavriat, magistratura və doktorantura proqramlarına
qəbul almış şəxslər mövcud istisnalar nəzərə alınmaqla Dövlət
Proqramına müraciət edə bilərlər. Bu il “TOP 10” sıralamasında yer
alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə
münasibətdə dəyişikliklər mövcuddur.

Dövlət Proqramına müraciət etmək üçün klikləyin.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir