
Bakı. Trend:
VTB (Azərbaycan) ASC 2026-cı ilin birinci rübü üzrə
maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, bankın aktivləri
ilin əvvəlindən 6% artaraq 323,97 milyon manata çatıb. Bankın xalis
mənfəəti isə 1,73 milyon manat təşkil edib.
Məlumata görə, kredit portfelinin ümumi həcmi 254 milyon manatı
ötüb. Birinci rübdə biznes kreditləri portfeli 72 milyon manatı
keçərək ilin əvvəlindən 7,3% artım nümayiş etdirib. Pərakəndə
kredit portfeli isə 6% yüksələrək 117,63 milyon manata çatıb.
Bankın depozit portfeli də artım göstərib. 2026-cı ilin ilk üç
ayı ərzində depozitlərin ümumi həcmi 7%-lik artımla 108,64 milyon
manata yüksəlib. Hesabat dövründə hüquqi şəxslərin yığımları 15%,
fiziki şəxslərin depozitləri isə 4% artıb.
Hesabatda bildirilir ki, bankın məcmu kapitalı 102,3 milyon
manatı keçib ki, bu da Azərbaycan Mərkəzi Bankının minimal
tələbindən 52,3 milyon manat çoxdur.

