“Anglo Asian Mining” bu il Azərbaycanda gümüş hasilatını artırıb

Baş səhifə

Bakı. Trend:

“Anglo Asian Mining plc” 2026-cı ilin birinci rübündə gümüş
istehsalında əhəmiyyətli artım barədə məlumat verib.

Trend xəbər verir
ki, gümüş hasilatının ümumi həcmi 42 796 unsiya təşkil edib.

Müqayisə üçün bildirək ki, 2025-ci ilin eyni dövründə 30 315
unsiya həcmində hasilat qeydə alınmışdı.

Ümumi həcmin 5 607 unsiyası dore qızıl külçələrinin tərkibində
olan gümüşün payına düşüb, daha 37 189 unsiya isə flotasiyadan və
SART texnologiyası ilə emaldan əldə olunub.




Qeyd edək ki, şirkətin strateji inkişaf planı 2030-cu ilədək
orta səviyyəli, çoxprofilli mis və qızıl istehsalçısına çevrilməni
nəzərdə tutan aydın müəyyən edilmiş transformasiya yolunu ehtiva
edir. Bu vaxta qədər misin şirkətin əsas məhsuluna çevriləcəyi və
illik hasilatın 50–55 min ton səviyyəsində olacağı
proqnozlaşdırılır.

Bu məqsədlərə nail olmaq üçün şirkət 2027–2030-cu illər ərzində
yeni üç yatağın – “Xarxar”, “Qaradağ” və “Zəfər” – istismara
verilməsini planlaşdırır. Bu yataqlar yaxın zamanda istifadəyə
verilmiş “Gilar” və “Dəmirli” yataqlarına əlavə olunacaq.

“Gilar” yatağında hasilata 2025-ci ilin mayında, “Dəmirli”
yatağında isə 2025-ci ilin iyulunda başlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir