Baş nazir olmaq üçün 2 ölkənin vətəndaşlığından imtina edir

Baş səhifə

“Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi Samvel Karapetyan Ermənistan vətəndaşlığı istisna olmaqla, bütün vətəndaşlıqlardan imtina prosesinə başlayıb.

Modern.az xəbər verir ki, bu barədə o, məhkəmə iclasında bildirib.

“Seçkilərdə iştirak edəcəyim və qalib gələcəyimə əmin olduğum üçün digər pasportlarımdan imtina prosesinə başlamışam”, – deyə Karapetyan vurğulayıb.

Məhkəmə ifadəsində o, iqtisadçı və elmlər doktoru olduğunu, həmçinin Rusiya və Kipr vətəndaşlığına malik olduğunu qeyd edib. Karapetyan əlavə edib ki, əvvəllər heç bir cinayət törətməyib, “Güclü Ermənistan” partiyasına rəhbərlik edir və “Taşir” Şirkətlər Qrupunun prezidentidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir