Elçin Quliyevdən dünya çempionumuz ilə bağlı qərar 

Baş səhifə

Azərbaycanın güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev hərbi rütbə ilə təltif olunub.

Modern.az xəbər verir ki, idmançı bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. Bildirib ki, ona “mayor” hərbi rütbəsi Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən təqdim edilib.

Hacı Əliyev bu hadisəni həyatının ən unudulmaz günlərindən biri kimi dəyərləndirib. O qeyd edib ki, belə bir rütbəyə layiq görülmək onun üçün həm böyük şərəf, həm də ciddi məsuliyyətdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir