
Bakı. Trend:
Erməni biznesmen Samvel Karapetyan Ermənistanda parlament
seçkilərində iştirak etmək üçün digər vətəndaşlıqlarından imtina
etmək qərarına gəlib.
Trend Ermənistan
mediasına istinadən xəbər verir ki, bu barədə biznesmen özü
bildirib.
“Bir halda ki, seçkilərdə iştirak edirəm və qələbə qazanacağıma
əminəm, həmin pasportlardan imtina prosesinə başlamağı qərara
aldım”, – deyə biznesmen bildirib.
Ermənistanda iyunun 7-ə planlaşdırılan seçkilərdə iştirak etmək
üçün namizədlərin yalnız Ermənistan vətəndaşlığının olması tələb
olunur.
Qeyd edək ki, İrəvanda erməni əsilli Rusiya oliqarxı ilə bağlı
iş üzrə məhkəmə araşdırmasına başlanılıb.
Karapetyan Ermənistan Respublikası Cinayət Məcəlləsinin beş
maddəsi ilə ittiham olunur: vergidən yayınma, əmlakın
mənimsənilməsi, çirkli pulların yuyulması, hüquqi şəxs vasitəsilə
qanunsuz fəaliyyət və hakimiyyətin ələ keçirilməsinə, eləcə də
konstitusiya quruluşunun zorla devrilməsinə açıq çağırışlar.

