
Bakı.Trend:
ABŞ-nin Rusiya neftinə qoyduğu sanksiyalar yenidən qüvvəyə
minib.
Trend xəbər verir
ki, bu barədə “Politico” nəşri yazır.
Nəşr qeyd edir ki, sanksiyalar ABŞ Prezidenti Donald Trampın
administrasiyasının onların tətbiqinə dair Rusiyaya verilmiş güzəşt
müddətini uzatmamasından sonra bərpa olunub.
ABŞ Maliyyə Nazirliyi martın 12-dək gəmilərə yüklənmiş Rusiya
nefti və neft məhsullarının satışına dair sanksiyaları ləğv
etmişdi. Bu qurumun Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən
dərc olunmuş əsas lisenziya belə əməliyyatlara aprelin 11-dək icazə
verirdi.

