Azərbaycan və Asiya İnkişaf Bankı arasında əlavə maliyyələşdirmə imkanları müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Asiya İnkişaf Bankı əlavə maliyyələşdirmə
imkanlarını müzakirə ediblər.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.

“Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin
Baş direktoru Leah Gutierrezin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüş keçirdik.




Görüşdə Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında uzunmüddətli
və strateji əməkdaşlığın inkişafı, eləcə də nəqliyyat sektorunda
həyata keçirilən iri layihələr ətrafında fikir mübadiləsi
apardıq.

Həmçinin dəmir yolu, metro və aviasiya sahələrində icra olunan
və planlaşdırılan layihələr, əlavə maliyyələşdirmə imkanları,
qərarların sürətləndirilməsi mexanizmləri, eləcə də rəqəmsallaşma
və dayanıqlı inkişaf istiqamətlərində əməkdaşlığın
genişləndirilməsi perspektivlərini müzakirə etdik”, – paylaşımda
qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir