Mərkəzi Bank üç şirkəti cərimələdi

Baş səhifə

Azərbaycanda üç şirkət cərimələnib.

Modern.az xəbər verir ki, “A+CO” və “Diadem” ASC-ləri, eləcə də “Ekolizinq” MMC  Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən cərimə edilib.

Azərbaycan Mərkəzi Bankının apardığı cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulduğu üzə çıxıb. Odur ki, məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq şirkətlərin hər biri 2 000 manat cərimə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir